Akademik: Sağlam həyat tərzinin təməli uşaqlıqdan qoyulmalıdır
20.06.2026 09:33

Sağlam həyat tərzinin vacibliyi uşaqlara erkən yaşlardan aşılanmalıdır. Bu fikri Rusiya Səhiyyə Nazirliyinin baş ürək-damar cərrahı, akademik Leo Bokeriya səsləndirib.

 

Aztibb.az “RIA Novosti” agentliyinə istinadən yazır ki, alim müsahibəsində bildirib ki, uşağa yalnız oxumağı, yazmağı, rəsm çəkməyi və ya musiqi ilə məşğul olmağı öyrətmək kifayət deyil. Valideynlər eyni zamanda ona düzgün qidalanmağı, fiziki aktiv olmağı və sağlam həyat sürməyi də öyrətməlidirlər.

 

Akademikin sözlərinə görə, bir çox valideynlərin diqqətdən qaçırdığı əsas vəzifələrdən biri insanın ümumi mədəniyyətinin formalaşdırılmasıdır. Bu mədəniyyətin ayrılmaz hissəsi isə sağlam həyat tərzinin əhəmiyyətini dərk etməkdir.

 

Mütəxəssis vurğulayıb ki, uşaqlıq dövründə qazanılan düzgün vərdişlər gələcəkdə bir çox xəstəliklərin qarşısının alınmasına kömək edir və sağlam cəmiyyətin formalaşmasına xidmət edir.

 

Akademik onu da qeyd edibki, erkən yaşlarda yuxu çatışmazlığı uşaqlarda yeniyetməlik dövründə depressiya riskini əhəmiyyətli dərəcədə artırır. Bununla bağlı araşdırmaların nəticələri göstərib ki, normadan az yatan uşaqlarda 13–22 yaş arasında depressiyanın inkişaf riski iki dəfə yüksəlir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır