Alimlər doğuşdan sonra yaddaşın pisləşməsi fikrini təkzib etdilər
15.06.2026 13:16

Monash Universitetinin alimləri müəyyən ediblər ki, uşaq doğulduqdan sonra valideynlərin yaddaşı və düşünmə qabiliyyəti obyektiv olaraq pisləşmir.

 

Aztibb.az "Medpedia" nəşrinə istinadən yazır ki. tədqiqatda 300 insan iştirak edilib. Nəticələr göstərib ki, valideynlər yaddaş, diqqət və düşünmə sürəti testlərində uşaqsız insanlardan fərqlənmirlər.

 

Alimlərin fikrincə, valideynlərin “yaddaşım zəifləyib” hissi daha çox yorğunluq, yuxusuzluq və həddən artıq yüklənmə ilə bağlıdır. Yəni problem beyin funksiyasının pozulması deyil, gündəlik stress və fasiləsiz diqqət dəyişməsidir.

 

Tədqiqatda həm analar, həm də atalar eyni dərəcədə yoxlanılıb və hər iki qrupda real idrak zəifləməsi aşkarlanmayıb. Hətta atalarda öz yaddaşına inamın azalması müşahidə olunub ki, bu da əsasən yuxusuzluq və yeni məsuliyyətlərlə izah edilir.

 

Alimlər vurğulayır ki, uşaq doğulduqdan sonra valideynlərin yaddaşının “pisləşməsi” hissi əslində artan və dağınıq gündəlik tapşırıqlardan (yuxu rejiminin pozulması, çoxsaylı işlər, daimi diqqət dəyişimi) qaynaqlanır.

 

Nəticə olaraq, araşdırma göstərir ki, valideynlik beynin zədələnməsinə səbəb olmur, sadəcə daha ağır və yorucu həyat rejimi yaradır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır