Türkiyə Prezidenti: Kritik dərmanları artıq öz ölkəmizdə istehsal edəcəyik
13.06.2026 12:45

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, “Protürk” layihəsi çərçivəsində həyati əhəmiyyətli dərmanlar artıq Türkiyədə istehsal olunacaq.

 

Aztibbb.az "Medimagazin"ə istinadən yazır ki, onun sözlərinə görə, bu preparatlardan xərçəng, travma, yanıq, immun sistem xəstəlikləri və hemofiliya kimi xəstəliklərin müalicəsində istifadə ediləcək. Beləliklə, Türkiyə plazmadan kritik dərman istehsal edən ölkələr sırasına qoşularaq bu sahədə xarici asılılığı aradan qaldıracaq.

Prezident Ərdoğan xatırladıb ki, "Türk Kızılayı"ötən il 3 milyondan çox qan ianəsi toplayaraq yeni rekorda imza atıb. O qeyd edib ki, Kızılay səhiyyə sektorunda yerli və milli investisiyalarını uğurla davam etdirir.

R.T.Ərdoğan bildirib ki, Ankaranın Çubuk rayonunda 130 min kvadratmetr sahəni əhatə edən “Protürk” zavodu bu layihələrin ən mühüm nümunələrindən biridir.

“Protürk” layihəsi sayəsində qandan əldə edilən kritik dərmanlar artıq ölkə daxilində istehsal olunacaq. Bu dərmanlar xərçəng, travma, yanıq, immun sistem xəstəlikləri və hemofiliya kimi xəstəliklərin müalicəsində istifadə ediləcək. Bununla da Türkiyə plazmadan həyati əhəmiyyətli dərman istehsal edən ölkələr sırasına daxil olacaq və bu preparatlar üzrə xaricdən asılılığa son qoyacaq”, – deyə Prezident vurğulayıb.

R.T.Ərdoğan layihənin ölkə və xalq üçün faydalı olmasını arzulayaraq, onun həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Prezident qeyd edib ki, hazırda xaricdən idxal olunan qan torbaları da yaxın gələcəkdə Türkiyənin öz imkanları hesabına istehsal ediləcək.

Onun sözlərinə görə, Silivri rayonunda tikilən zavodun yaradılması istiqamətində işlər davam edir. Zavod istifadəyə verildikdən sonra ildə təxminən 3 milyon ədəd qan torbası ölkə daxilində istehsal olunacaq və bununla da təxminən 1 milyard lirə həcmində idxal xərci aradan qalxacaq.

R.T.Ərdoğan əlavə edib ki, yaxın zamanda fəaliyyətə başlayacaq bu investisiyanın da ölkə üçün uğurlu nəticələr verəcəyinə inanır. O, Kızılayın bütün əməkdaşlarına, könüllülərinə və donorlarına minnətdarlığını ifadə edib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu