Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır  
12.06.2026 14:47

Yaponiyalı alimlər gənələr tərəfindən yayılan, ağır qızdırma və trombositopeniya sindromu olan SFTS virusunu qısa müddətdə aşkar etməyə imkan verən yeni diaqnostik test hazırlayırlar.

 

Aztibb.az mainichi.jp-ə  istinadla xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan test mövcud PCR müayinələrindən fərqli olaraq nəticələri eyni gün ərzində əldə etməyə imkan verəcək. Test hamiləlik və qrip testlərində istifadə olunan immunoxromatoqrafik üsula əsaslanır.

 

Mütəxəssislərin məlumatına görə, ölüm göstəricisi 10-30 faiz arasında dəyişən SFTS virusu Yaponiyada geniş yayılıb. Son günlərdə xəstəliyə ölkənin fərqli regionlarında da rast gəlinib.

 

Tədqiqatçılar yeni diaqnostik dəstin 1-2 il ərzində istifadəyə hazır olacağını bildirirlər. Osaka Universiteti eyni zamanda SFTS virusuna qarşı peyvənd hazırlanması üzərində də çalışır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır