ÜST: Ötən həftə Avropada 29 min insan koronavirusdan həyatını itirib
20.11.2020 10:21

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus pandemiyası ilə əlaqədar ölüm hallarının kəskin artmasından narahatlıq ifadə edib.

 

Beynəlxalq qurumun Avropa bürosunun rəhbəri Hans Kluqe ötən iki həftə ərzində COVID-19 xəstəliyi ilə əlaqədar ölüm hallarının 18 faiz artdığını bildirib. O, qeyd edib ki, Avropa regionu üzrə ötən həftə 29 min ölüm halı rəsmi statistikada əksini tapıb və bu da hər 17 saniyədən bir COVID-19 xəstəliyi ilə əlaqədar bir nəfərin ölümü deməkdir.

 

ÜST rəsmisinin sözlərinə görə, Avropa regionunda gündəlik təxminən 4500 ölüm halının qarşısını almaq mümkün görünür, bunun üçün insanlar qaydalara ciddi riayət etməli və yanlış informasiyalara qarşı tədbirlər görülməlidir.

 

H.Kluqe, eyni zamanda, müsbət irəliləyiş barədə də məlumat verib. Bildirilib ki, ötən həftə Avropada yeni yoluxma hallarının öncəki həftədən 1,8 milyon az olub. Onun sözlərinə görə, bu irəliləyiş kiçik bir siqnal olsa da, əhəmiyyəti böyük ola bilər. Lakin Avropa ölkələrində səhiyyə sisteminin artıq öz limitinə çatdığı da diqqətə çatdırılıb. İsveçrədə reanimasiya şöbələrində çarpayıların hamısının artıq dolu olması, Fransada isə hələ 10 gün bundan əvvəl bu çarpayıların 95 faizinin xəstələrə verilməsi ciddi narahatlıq doğurur.

 

Avropa bürosunun rəhbəri bildirib ki, hazırda dünya üzrə rəsmi qeydiyyata alınan bütün yoluxma hallarının 28 faizi, ölüm hallarının isə 26 faizi Avropanın payına düşür. Hazırda Avropada ümumi yoluxma sayı 15,8 milyon nəfərə, ölüm hallarının sayı isə 355 min nəfərə bərabərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır