ÜST-dən Dünya Çempionatı öncəsi açıqlama
12.06.2026 10:39

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu futbol üzrə Dünya Çempionatı ərəfəsində Ebola ilə bağlı riskin aşağı olaraq qaldığını açıqlayıb.

 

Aztibb.az ÜST-nin məlumatına istinadən yazır ki, regional direktor Dr. Hans Henri P. Klüqe bildirib ki, hazırda nə turnirə ev sahibliyi edən Kanada, Meksika və ABŞ-da, nə də Avropa Regionunda aktiv Ebola halları qeydə alınır və səyahət planlarını dəyişmək üçün əsas yoxdur.

 

Bununla belə, ÜST azarkeşlərə qızdırma, əzələ ağrıları və qusma kimi simptomlara diqqət yetirməyi tövsiyə edir. Son üç həftə ərzində Konqo Demokratik Respublikasına və ya Uqandaya səfər etmiş şəxslər özlərini pis hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.

 

ÜST qeyd edir ki, hazırda Avropa Regionunda aktiv və ya yerli Ebola yoluxması yoxdur. Riskin aşağı olmasının əsas səbəbləri xəstəliyin əsasən Konqo Demokratik Respublikasının ucqar bölgələrində yayılması, çıxış məntəqələrində skrininqin aparılması, virusun hava yolu ilə ötürülməməsi və yalnız xəstə şəxsin bədən mayeləri ilə birbaşa təmas nəticəsində yoluxmasıdır.

 

Qurum həmçinin vurğulayır ki, Ebola milliyyət və ya etnik mənsubiyyətlə əlaqəli deyil və təsirə məruz qalan regionlardan olan insanlara qarşı ayrı-seçkiliyə yol verilməməlidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır