Səhiyyə naziri və Elm və Təhsil naziri Qarabağ Universitetinin Klinikasında olublar
12.06.2026 10:13

Səhiyyə naziri Teymur Musayev və Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.

 

Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub. Eyni zamanda, tələbə yataqxanası ilə də tanışlıq olub.

 

Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.

 

İnteraktiv formatda keçən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.

 

Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Tədbir bədii hissə ilə davam etdirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır