Səhiyyə Nazirliyi aparatının və tabeli qurumlarının nümayəndələri Rusiyada elmi konfransda iştirak ediblər
11.06.2026 16:59
Rusiya Federasiyasının Moskva şəhərində “Anadangəlmə bullyoz epidermolizli pasiyentlər üçün elmin gündəlik tibbi praktikaya transformasiyası: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.
 
Konfransda Səhiyyə Nazirliyinin aparatının, tabeli qurumlarının nümayəndələri də iştirak edib.
 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, tədbirdə nadir (orfan) xəstəliklərin erkən diaqnostikasına xidmət edən beynəlxalq təşəbbüslər müzakirə olunub, həmçinin Azərbaycanda anadangəlmə bullyoz epidermolizli pasiyentlərə göstərilən tibbi yardım və “Filsuvez” preparatının tətbiqi üzrə əldə olunan klinik təcrübə təqdim edilib. Azərbaycan təcrübəsi beynəlxalq ekspertlər tərəfindən böyük maraqla qarşılanıb.
 
Səfər çərçivəsində nümayəndə heyəti Rusiya Elmlər Akademiyasının Akademik N.P. Boçkov adına Tibbi-Genetik Elmi Mərkəzində də olub. Görüş zamanı gələcək əməkdaşlıq imkanları və birgə elmi-praktiki proqramlar müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır