Kimya İnstitutunda innovativ tədqiqatların sənayedə tətbiqində beynəlxalq təcrübəyə dair seminar keçirilib    
11.06.2026 12:07

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda innovativ tədqiqatların sənayedə tətbiqində beynəlxalq təcrübəyə həsr olunan maarifləndirmə seminarı keçirilib.

 

Bu məlumat İnstitutdan Aztibb.az-a verilib.

 

Bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev bildirib ki, artıq bir müddətdir ki, institut alimləri, xüsusən, gənc tədqiqatçılar üçün marifləndirmə seminarlarına başlanılıb. Onun sözlərinə görə dünyanın aparıcı elmi mərkəzlərində çalışan tanınmış əcnəbi və yerli alimlərin müasir kimyanın aktual məsələlərinə, prioritet təşkil edən mövzularına həsr etdikləri bir-birindən maraqlı təqdimatlar gənc alim və mütəxəssislərimizin bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

 

O qeyd edib ki, Kimya İnstitutunda emprik və təcrübi müşahidələrə əsaslanan fundamental elmi araşdırmalarla yanaşı, tətbiqyönlü innovativ tədqiqatlar da aparılsa da, onların laboratoriyadan sənayeyə çıxarılmasında ciddi problemlər vardır: “Bu nəzər-nöqtəsindən dünyada innovativ tədqiqatların nəticələrinin sənayedə tətbiqi mexanizminin beynəlxalq təcrübədə necə işlədiyini öyrənmək üçün dünyanın aparıcı elmi mərkəzlərində sənaye ilə əlaqəli çalışan nüfuzlu tədqiqatçı alimlərin bu seminarlara cəlb olunmasını məqsədəuyğun hesab edirik”.

 

Ə.Sucayev dünyanın bir çox aparıcı elmi mərkəzlərində çalışan, kimyanın multidissiplinar problemlərində nəzəri və tətbiqyönlü tədqiqatlar aparan Azərbaycanlı alimlərlə artıq əlaqələr qurulduğunu, onların yenidən strukturlaşma və optimallaşma mərhələsində olan Kimya İnstitutuna geniş dəstək verdiklərini xüsusi vurğulayıb və hər birinə minnətdarlığını ifadə edib.

 

Sonra ABŞ-nın nüfuzlu elm və ali təhsil mərkəzlərindən biri olan Cənubi Karolinanın Berkli Universitetində çalışan istedadlı gənc alim Kənan Şıxəliyev “Katalitik krekinq reaksiyası üçün seolitlərin istehsalı və sənayedə tətbiqi” mövzusunda çıxış edərək, Amerikanın “Şevron Korporasiyası” kimi aparıcı neft və digər enerji şirkətlərinin sifarişi əsasında yerinə yetirdikləri iri miqyaslı beynəlxalq tədqiqatlar nəticəsində aldıqları katalitik sistemlər və texnoloji işləmələrin çalışdığı universitetinə böyük vəsaitlər qazandırdığını bildirib. O, konkret nümunələr üzərində innovativ tədqiqatların laboratoriyadan sənayeyə qədər keçdiyi mərhələləri aydın izah edərək, burada dövlət-elm-özəl qurumlar arasında qarşlıqlı ehtimad mühütünün yaranmasının alimin elmi tədqiqatlarının sənayedə tətbiqində böyük rol oynadığını söyləyib.

 

K.Şıxəliyev bu əsnadə Kimya İnstitutu ilə əmakdaşlıq çərçivəsində bu istiqamətdə qazanmış olduğu təcrübənin həmkarlarına ötürəcəyini xüsusi qeyd edib, bundan ötrü aparılan tədqiqatların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, Berkli Universitetində innovativ tədqiqatlar, texnoloji işləmələrin yaradılması və sənayeyə çıxarılması sahəsində formalaşmış ənənənin Kimya İnstitutunda tətbiqi istiqamətində dəstək verəcəyini diqqətə çatdırıb.

 

Sonra maraqlı məruzə ətrafında alimlərinqarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Daha sonra qonaq Kimya İnstitutunda bəzi innovativ laboratoriyalarda istifadə olunan texnoloji proseslərlə yaxından tanış olub və kimyəvi reaktorların iş prinsiplərinin müasirləşdirilməsi istiqamətində tövsiyələrini verib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır