Pişiklərin uşaqlarda astmanın gedişinə təsiri araşdırılıb
12.06.2026 11:37

Karolinska İnstitutunun alimlərinin apardıqları genişmiqyaslı araşdırma göstərib ki, evdə pişik saxlanılması allergiyadan əziyyət çəkən uşaqlarda astmanın gedişatını ağırlaşdırmır.

 

Aztibb.az xəbər verir ki, tədiqiqatın nəticələri "Medical Xpress" nəşrində dərc olunub.

 

Tədqiqatın aparıcı müəllifi, Karolinska İnstitutunun postdoktorantı Resti Putri bildirib ki, pişiklə yaşayan uşaqlarda astmanın ağırlıq dərəcəsi, xəstəliyin kəskinləşmə tezliyi, astmaya nəzarət səviyyəsi və ağciyər funksiyası pişik saxlamayan ailələrdə yaşayan uşaqlarla müqayisədə qısa müddətli dövrdə oxşar olub.

 

Araşdırma zamanı pişiklərin sayının, cinsinin və ya yaşının nəticələrə təsir göstərdiyi də müəyyən edilməyib.

 

2023-cü ildə başlanılan tədqiqat çərçivəsində 2006–2020-ci illərdə anadan olmuş, yaşı 4–17 arasında dəyişən və astma və ya tənəffüs yolları allergiyası diaqnozu qoyulmuş 30 277 uşaq iki il ərzində müşahidə olunub. Alimlər bu müddətdə diaqnozları, təcili hospitalizasiya hallarını, təyin olunan dərman preparatlarını, spirometriya nəticələrini və astmaya nəzarət testlərinin göstəricilərini izləyiblər.

 

İsveçdə 2023-cü ildən etibarən pişiklərin qeydiyyatının məcburi olması tədqiqatçılara ailələrdə ev heyvanının olub-olmadığını yüksək dəqiqliklə müəyyən etməyə imkan verib. İştirakçı ailələrin 9,4 faizində pişik saxlanılıb.

 

Nəticələrə görə, orta və ya ağır astma pişiklə təmasda olan uşaqların 9,6 faizində, pişik saxlamayan ailələrdə yaşayan uşaqların isə 10,1 faizində qeydə alınıb. Astmanın kəskinləşməsi halları müvafiq olaraq 3,3 və 3,5 faiz təşkil edib.

 

Spirometriya məlumatları mövcud olan 1428 uşağın ayrıca təhlili də ağciyər funksiyası göstəricilərində statistik baxımdan əhəmiyyətli fərqlərin olmadığını göstərib.

 

Resti Putrinin sözlərinə görə, bunun mümkün izahlarından biri pişik allergenlərinin yalnız evlərdə deyil, məktəblərdə, ictimai nəqliyyatda və digər ictimai məkanlarda da geniş yayılmasıdır. Bu səbəbdən uşaqlar pişik saxlamasalar belə, həmin allergenlərlə mütəmadi təmasda ola bilirlər və qruplar arasında ciddi fərq yaranmır.

 

Tədqiqat müəllifləri qeyd ediblər ki, araşdırmada uşaqların konkret hansı allergenlərə həssas olduqlarına dair məlumatlar nəzərə alınmayıb. Buna görə də nəticələr bütün allergiya növlərinə eyni şəkildə şamil edilə bilməz.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır