1 saylı Körpələr Evindən ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən azyaşlı sağlamlığına qovuşub
10.06.2026 16:01
1 saylı Körpələr Evindən ağır vəziyyətdə olan azyaşlı uşaq təcili olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Uşaq institutun Vaxtından Əvvəl Doğulmuşların Patologiyası şöbəsinə yerləşdirilərək şöbə müdiri və institut rəhbərliyinin birbaşa nəzarəti altında 16 gün stasionar müalicə alıb.
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.
Bildirilib kii, azyaşlıya dərhal zəruri tibbi yardım göstərilib, kompleks müayinə və müalicə tədbirləri həyata keçirilib. İnstituta qəbul olunduğu zaman çəkisi cəmi 2 kq olan körpənin vəziyyətinin yaxşılaşdırılması istiqamətində peşəkar tibbi müdaxilələr aparılıb. Görülən tədbirlər nəticəsində uşağın ümumi vəziyyəti yaxşılaşıb və çəkisi 3000 qrama qədər artıb.
Müalicə kursu uğurla başa çatdıqdan sonra azyaşlı yenidən 1 saylı Körpələr Evinə təhvil verilib.
Digər azyaşlı isə bir həftədir davam edən yüksək hərarət, öskürək, qusma və ishal şikayətləri ilə valideynləri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb. Uşaq daha əvvəl özəl tibb müəssisəsində müayinə və müalicə alıb, lakin aparılan müalicəyə baxmayaraq vəziyyətində yaxşılaşma müşahidə edilməyib. Bu səbəbdən ixtisaslaşmış tibbi yardım göstərilməsi məqsədilə ETPİ-yə gətirilib, Somatika şöbəsinə yerləşdirilib.
Şöbə müdirinin nəzarəti altında müvafiq müayinə və müalicə tədbirlərinə başlanıldıqdan sonra artıq bir gün ərzində uşağın hərarəti normallaşıb, ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub, iştahı artıb və klinik əlamətlərində müsbət dinamika qeydə alınıb.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

