Azərbaycan Uro-Androloqlarının XXIV Simpoziumu keçirilib
10.06.2026 12:17
Qəbələ şəhərində Azərbaycan Uro-Androloqlarının XXIV Simpoziumu keçirilib. Tədbir Azərbaycan Tibb Universitetinin Urologiya kafedrası və Azərbaycan Androloqlar Cəmiyyətinin dəstəyi ilə təşkil olunub.
Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası tədbirdə geniş heyətlə təmsil olunub. Klinikanın uroloq-cərrahı Azərbaycan Andrologiya Cəmiyyətinin sədri professor İlham Əhmədov, eləcə də kafedra müdiri professor Rauf Nağıyev, akademik-professor Südeyif İmamverdiyev və professor Əlmərdan Baxışov simpoziumun elmi proqramında fəal iştirak ediblər.
Simpoziumun ilk günündə Türkiyənin tanınmış uroloqu, ATU-nun fəxri professoru Ateş Kadiroğlu və professor İlham Əhmədov tərəfindən canlı nümayiş əməliyyatı həyata keçirilib. Həmçinin iştirakçılar üçün nəzəri kurs təşkil olunub.
İki gün davam edən tədbirdə 121 həkim, o cümlədən 6 xarici mütəxəssis iştirak edib. Simpozium çərçivəsində uroloji və androloji sahədə son elmi yeniliklər, innovativ yanaşmalar, robotik cərrahiyyənin imkanları və müasir əməliyyat texnikaları müzakirə olunub.
Konfransın ikinci günü elmi proqramla davam edib. Təxminən 20 sessiya və 21 məruzə təqdim olunub. Yerli və xarici mütəxəssislərin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə həmçinin Belarusun tanınmış uroloqlarından biri, həkimlərin təkmilləşdirilməsi universitetinin Urologiya kafedrasının rəhbəri Dmitri Nitkin də iştirak edərək elmi məruzə ilə çıxış edib.
Simpoziumun rezidentlər, praktik həkimlər və tibb elmi ilə məşğul olan mütəxəssislər üçün mühüm təcrübə və bilik mübadiləsi platforması olduğu vurğulanıb. Tədbirin uroloji və androloji sahələrin inkişafına, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

