ATU nümayəndələri Türkiyədə keçirilən I Dağınıq Skleroz Konqresində iştirak ediblər  
10.06.2026 11:06
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Türkiyənin İstanbul şəhərində keçirilən I Dağınıq Skleroz Konqresində iştirak edib.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Bildirilib ki, Türk Nöroloji Dərnəyinin təşkilatçılığı və professor Murat Terzinin rəhbərliyi ilə keçirilən I Dağınıq Skleroz Konqresində ATU-nu Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəylinin rəhbərliyi altında fəaliyyət göstərən Dağınıq Skleroz İşçi Qrupu (dosent Şəhla Mehtiyeva, assistentlər Samirə İsmayilova, Nuridə Tağıyeva, Fatimə Əliyeva) təmsil edib.
Konqres çərçivəsində həkimlərimiz tərəfindən həyata keçirilən elmi-praktik tədqiqatların nəticələrini əks etdirən məruzələr təqdim olunub, aparılan araşdırmaların ayrı-ayrı aspektləri beynəlxalq elmi ictimaiyyətlə bölüşülüb.
 
Tədbir zamanı müxtəlif yaş qruplarında dağınıq skleroz xəstələrinin diaqnostikası və müalicəsinə dair ən son beynəlxalq tövsiyələr, eləcə də müasir terapevtik yanaşmalar müzakirə edilib, bu sahədə əldə olunan yeni elmi nailiyyətlər və klinik təcrübələr iştirakçılar tərəfindən mənimsənilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır