GDT peyvəndi - göyöskürək, tetanus və difteriyadan qoruyur
10.06.2026 12:35
Göyöskürək – tənəffüs yollarının təhlükəli yoluxucu xəstəliyidir.
Aztibb.az-ın xəbərinə görə, ən xarakterik əlaməti paroksizmal spazmodik öskürəkdir. 2 yaşdan kiçik uşaqlar üçün çox təhlükəlidir. İnkubasiya dövrü 7-14 gündür. İnfeksiya hava-damcı yolu ilə ötürülür. Uşaq xəstəliyin 1-ci günündən 25-ci gününə qədər yoluxucudur.
Öskürək tutmaları qusma ilə nəticələnə bilər. Xəstəliyin ən çox rast gəlinən ağırlaşması pnevmoniyadır. Xəstənin yaşı nə qədər azdırsa, ağırlaşmalar riski bir o qədər yüksəkdir. Bundan başqa uşaqlarda tutma fonunda qıcolmalar, göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüs dayanması təhlükəli fəsadlardan hesab olunur.
Göyöskürəyin yeganə profilaktikası vaxtında uşağa xəstəliyə qarşı peyvəndin vurulmasıdır.
Tetanus - bakteriyanın ifraz etdiyi toksinlə (zəhərli maddə) törədilən, ağrılı əzələ spazmı ilə müşahidə olunan və ölümə səbəb ola bilən xəstəlikdir.
Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir. Belə ki, tetanusdan sağalma müddəti bəzən aylarla çəkə bilər. Xəstəlik aşağıdakı ağırlaşmalara səbəb ola bilir:
- Qırtlaq spazmı,
- Sümüklərin sınması,
- Ağciyər trombozu,
- Pnevmoniya,
- Nəfəsalmada çətinlik,
- Ölüm.
Tetanusun əlamətləri bunlardır:
- Çənə spazmı və bütün bədən əzələlərinin ağrılı spazmı,
- Qəfil baş verən ağrılı əzələ yığılması,
- Udqunma problemi,
- Qıcolmalar,
- Başağrısı,
- Qızdırma, tərləmə,
- Qan təzyiqi və ürək ritminin pozulması.
Tetanus insandan insana keçmir. Bu bakteriyalar, əsasən, torpaqda, tozda, peyində olur və insanın zəhərlənmiş dərisi ilə (kəsiklər, yaralar, yanıqlar, donma, heyvan dişləməsi) təmasda olduqda ötürülür.
Difteriya - həyat üçün təhlükəli olan kəskin-infeksion xəstəlikdir. Xəstəlik burun tutulması, udqunma zamanı ağrı, gözün zədələnməsi və s. əlamətlərlə özünü büruzə verir. Əsas təhlükə bakteriyanın ifraz etdiyi toksinlərdir. Bu toksinlər ürək-damar və sinir sistemini zədələyir.
Xəstəliyin ağır forması toksik difteriya adlanır. Bu zaman temperatur 39.05 dərəcədən yuxarı olur, xəstədə güclü baş ağrıları və yuxululuq müşahidə olunur. Xəstənin vəziyyəti tədricən pisləşir, səsi dəyişir.
Xəstəlikdən qorunmağın və ağırlaşmalarının qarşısının alınması üçün ən effektiv vasitə peyvənd olunmaqdır.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

