Qadının öd kisəsindən 3 mindən çox daş çıxarıldı
10.06.2026 11:22

 

Türkiyənin Yalova vilayətinin Çınarcık rayonunda yaşayan 76 yaşlı Nimet Gürkanın öd kisəsindən keçirilən əməliyyat zamanı 3 mindən çox daş çıxarılıb.

 

Aztibb.az "HaberTürk"ə istinadən yazır ki, Esenköy qəsəbəsində yaşayan Nimet Gürkan təxminən bir il ərzində mədə, döş qəfəsi və bel nahiyəsində ağrılardan əziyyət çəkib. Ağrıları daha da şiddətləndiyi üçün o, Çınarcık Dövlət Xəstəxanasına müraciət edib.

 

Əlavə müayinələr üçün Yalova Təhsil və Araşdırma Xəstəxanasına göndərilən xəstə analizlərdən sonra ümumi cərrah Dr. Mehmet Ali Yücesoy tərəfindən təcili əməliyyata götürülüb.

 

Uğurla keçən əməliyyat zamanı həkimlər Nimet Gürkanın öd kisəsi ilə birlikdə illər ərzində yığılan və süni intellekt vasitəsilə sayılan 3 mindən çox daşı çıxarıblar.

 

Dr. Mehmet Ali Yücesoy bildirib: “Öd kisəsini açdıqdan sonra minlərlə daş görmək bizi də təəccübləndirdi. Xəstəmizi sağlam vəziyyətdə evə buraxırıq”.

 

Mütəxəssislər bildirirlər ki, öd kisəsi daşları uzun müddət simptomsuz qala bilər. Lakin qarının sağ yuxarı hissəsində ağrı, ürəkbulanma, həzm pozğunluğu və ya kürəyə yayılan ağrılar müşahidə olunduqda həkim müayinəsinə müraciət etmək vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır