Zəngli saatın səsi insult riskini artıra bilər
10.06.2026 08:39

 

Nevroloq İrina Zavalko xəbərdarlıq edir ki, zəngli saatın səsi ilə qəfil oyanmaq orqanizm üçün ciddi stress yaradır və bəzi hallarda insult riskini artıra bilər.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, insan hələ yuxunun təsirindən tam çıxmamış vəziyyətdə zəngli saatın səsi ilə qəfil oyanaraq dərhal işə hazırlaşmağa başlayırsa, bu, orqanizm üçün güclü stres amilinə çevrilir.

 

“30–40 yaşlarında nisbətən sağlam insanlarda bu, adətən ağır nəticələrə səbəb olmur. Lakin hətta gənclərdə belə başgicəllənmə yarana bilər ki, bu da yıxılma və travma riskini artırır”, – deyə həkim qeyd edib.

 

Nevroloqun sözlərinə görə, damarlarında dəyişikliklər olan və ürək-damar xəstəliklərinə meyilli şəxslərdə vəziyyət daha təhlükəli ola bilər. Belə insanlarda infarkt və ya insult riski yüksəlir.

 

Bundan əlavə, qəfil ayağa qalxmaq ortostatik hipotenziyaya – yəni uzanıqlı vəziyyətdən dik vəziyyətə sürətli keçid zamanı arterial təzyiqin kəskin enməsinə səbəb ola bilər. Həkimin sözlərinə görə, bu hal xüsusilə yuxudan oyandıqdan dərhal sonra daha çox müşahidə olunur.

 

Qəfil oyanma gün ərzində ümumi əhval-ruhiyyəyə və iş qabiliyyətinə də mənfi təsir göstərir. İnsan “yuxu inertliyi” adlanan vəziyyətlə qarşılaşa bilər. Bu zaman düşünmə sürəti zəifləyir, hərəkət koordinasiyası pozulur, unutqanlıq artır və səhər saatlarında məhsuldarlıq aşağı düşür.

 

Mənfi təsirlərin qarşısını almaq üçün mütəxəssis yataqdan tədricən qalxmağı tövsiyə edir. Əvvəlcə oturmaq, qısa oynaq hərəkətləri etmək, qolları və ayaqları hərəkət etdirmək, daha sonra isə ehtiyatla ayağa qalxmaq məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır