ATU-da tədbir: “Şəhərsalma və memarlıq, ətraf mühitin mühafizəsi və qida təhlükəsizliyi” 
09.06.2026 15:27

Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 5 iyun - Ümumdünya Ətraf Mühit Günü və 7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş tədbir keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, “Şəhərsalma və memarlıq, ətraf mühitin mühafizəsi və qida təhlükəsizliyi” adlanan tədbirdə kafedra müdiri, dosent Fəridə Əli “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühit, dayanıqlı inkişaf və qida təhlükəsizliyi məsələlərinin xüsusi aktuallıq daşmasından söz açıb: “Müasir dövrdə qida təhlükəsizliyi yalnız sağlam qidalanma ilə məhdudlaşmır, eyni zamanda ətraf mühitin qorunması və gələcək nəsillərin sağlamlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində dayanıqlı şəhər inkişafı, ekoloji mühitin yaxşılaşdırılması və təhlükəsiz qida sistemlərinin qurulması istiqamətində mühüm addımlar atılır”. F.Əli çıxışında ekoloji biliklərin artırılması, elmi əsaslandırılmış proqramların həyata keçirilməsi və beynəlxalq standartların tətbiqinin ictimai sağlamlığın qorunmasına xidmət etdiyini də vurğulayıb.

 

Millət vəkili Aydın Mirzəzadə də çıxışında şəhərsalma, infrastrukturun inkişafı, səhiyyə və təhsil sahələrində əldə olunan nəticələr barədə fikirlərini bölüşüb: “Şəhərsalma və memarlıq yalnız texniki proses deyil, həm də cəmiyyətin ümumi mədəni səviyyəsini əks etdirən mühüm göstəricidir. Çətin şəraitlərə baxmayaraq, ölkədə aparılan abadlıq və quruculuq işləri dövlət siyasətinin əsas prioritetlərindəndir”.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu tədbirin əhəmiyyətini vurğulayaraq paytaxtda həyata keçirilən memarlıq və tikinti işlərinin işğaldan azad olunmuş ərazilərdə də uğurla davam etdirildiyini bildirib.

 

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov isə şəhərsalma, infrastrukturun inkişafı və tarixi-mədəni irsin qorunması mövzularına toxunub. Qeyd edib ki, Azərbaycanda şəhərsalma prosesi müxtəlif mərhələlərdən keçərək formalaşıb və bu inkişaf tarixi kontekstdə qiymətləndirilməlidir. Onun sözlərinə görə, müstəqillikdən sonrakı dövrdə şəhərsalma sahəsində daha sistemli və müasir yanaşmaların tətbiq olunmasına başlanılıb.

 

“Azərbaycan” qəzetinin əməkdaşı, jurnalist Züleyxa Nadir də çıxışında qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirmənin rolundan danışıb.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Validə Sadıxova ölkədə qida təhlükəsizliyi sahəsində aparılan dövlət nəzarəti, beynəlxalq standartların tətbiqi və ictimai maarifləndirmə istiqamətində görülən işlərdən bəhs edib.

 

“Orzax Medikal”ın direktoru Şəhriyyə Əhmədova çıxışında keyfiyyətsiz qida məhsullarının insan sağlamlığına təsirindən danışıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Tariyel Şıxbalayev isə ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ictimai iştirakçılığın vacibliyini diqqətə çatdırıb.

 

Tədbirin sonunda ekoloji vəziyyətə dair hazırlanmış video-çarx nümayiş etdirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır