“Yaşıl kimya prinsipləri” mövzusunda beynəlxalq seminar təşkil olunub
09.06.2026 10:33

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Yaşıl kimya prinsipləri” mövzusunda beynəlxalq seminar təşkil olunub.

 

Bu barədə Aztibb.az-a institutdan məlumat verilib. Tədbirdə Beynəlxalq əməkdaşlıq sektorunun mütəxəssisi Natiq Salahov qeyd edib ki, alternativ enerji mənbələrinə keçid dövründə enerji depolama sistemlərinin, xüsusilə batareya texnologiyalarının sürətli inkişafı, tullantıların yaşıl kimya prinsiplərinə uyğun olaraq innovativ metodlarla təkrar emalı və resursların səmərəli idarə edilməsi qlobal ekoloji təhlükəsizlik baxımından strateji zərurətdir. O, bu qəbildən olan beynəlxalq tədbirlərin gənc tədqiqatçıların elmi potensialının gücləndirilməsi və xarici tərəfdaşlarla birgə akademik layihələrin qurulması istiqamətində mühüm platforma rolunu oynaya biləcəyini vurğulayıb.

 

Sonra İstanbul Cərrahpaşa Universitetinin Metallurgiya və materiallar mühəndisliyi kafedrasının elmi işçisi Elif Güloğlu "Batareya texnologiyalarının təkrar emalı və innovativ həlledicilərin tətbiqi" mövzusunda geniş elmi məruzə ilə çıxış edib. Məruzəçi öz çıxışında batareyaların sənaye miqyasında təkrar emalı prosesində tətbiq olunan ən son metodlar, innovativ və ekoloji cəhətdən zərərsiz həlledicilərin sintezi, eləcə də bu istiqamətdə aparılan fundamental tədqiqatların nəticələri barədə geniş məlumat verib.

 

Yekunda mövzu ətrafında elmi müzakirələr aparılıb, qabaqcıl texnologiyaların yerli tədqiqatlara inteqrasiyası perspektivləri qiymətləndirilib və iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır