ATU əməkdaşları şəhid həkim Tariyel Salmanovun ailəsini ziyarət ediblər  
08.06.2026 10:49
Azərbaycan Tibb Universiteti (ATU) Vətən müharibəsində döyüş meydanında yaralılara tibbi yardım göstərərək şəhid olan həkim və tələbə məzunların xatirəsini daim əziz tutur və bu istiqamətdə mütəmadi olaraq müxtəlif səpkili tədbirlər həyata keçirir. Qəhrəmanlarımızın ailəsinin ziyarət edilməsi də bu tədbilər sırasında xüsusi yer alır.
 
Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun Hərbi Tibb Fakültəsi, İctimai Səhiyyə fakültəsinin Həmkarlar Təşkilatı tərəfindən edilən növbəti ziyarətin ünvanı şəhid Tariyel Salmanovun ailəsi olub.
 
Ziyarət zamanı ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müəllimi, İctimai Səhiyyə fakültəsinin Həmkarlar Təşkilatının sədri Səidə Hacıyeva və Hərbi Tibb Fakültəsinin tələbə qızları şəhidimizin əmanəti olan Ləmanla görüşüblər.
 
Qeyd edək ki, ATU-nun stomatologiya fakültəsinin məzunu olan Tariyel Salmanov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır