İsraildən dəvət olunmuş mütəxəssislər tərəfindən uşaqlar üçün tibbi müayinələr keçirilib  
08.06.2026 10:08
TƏBİB və İsrailin Soroka Tibb Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Respublika Pediatriya Mərkəzi və Şamaxı Rayon Mərkəzi Xəstəxanasında İsraildən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə uşaqlar üçün tibbi müayinələr təşkil olunub.
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tibbi aksiya zamanı uşaq endokrinoloqu Eli Hershkovitz, uşaq kardioloqu Hanna Krymko və uşaq qastroenteroloqu Yerushalmi Baruch tərəfindən hər iki tibb müəssisəsində uşaqlar ixtisaslaşmış tibbi müayinələrə cəlb olunub, ümumilikdə 130-a yaxın uşağa 300-dən çox tibbi xidmət göstərilib.
 
Müayinələr çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, zəruri tibbi müayinələr aparılıb, valideynlər məlumatlandırılıb və müvafiq tibbi tövsiyələr verilib.
 
Təşkil olunan tibbi aksiyanın məqsədi həmçinin regionlarda yaşayan uşaqların yüksək ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq, uşaqların sağlamlığının qorunmasına dəstək vermək, eyni zamanda beynəlxalq tibbi əməkdaşlığın inkişafına və müasir tibbi təcrübənin paylaşılmasına töhfə verməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır