Müasir avadanlıqlarla təchiz olunmuş 25 ambulans bölgələrin istifadəsinə verildi
06.06.2026 09:07
Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 ambulans bölgələrə göndərilib.
 
 
Aztibb.az xəbər verir ki, Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara, Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax, Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və şəhərlərinin Təcili tibbi yardım bölmələrinə yeni ambulans və reanimobillər təhvil verilib.
 
Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ), pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar yerləşdirilib.
 
İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləridir.
 
Təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etmək məqsədilə ambulans parkının bütün ölkə üzrə yenilənməsi nəzərdə tutulur.
 
Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır