Nar həqiqətən qocalma əleyhinə qidadırmı?  
07.06.2026 14:50

İnsan ömrünün uzanması ilə yanaşı, sağlam və keyfiyyətli qocalmaq məsələsi də müasir dövrün ən aktual mövzularından birinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, yaşlanma prosesinin sürətinə təkcə genetik amillər deyil, həm də gündəlik qidalanma vərdişləri ciddi təsir göstərir. Təbiətin insanlara bəxş etdiyi nemətlər arasında xüsusi yer tutan nar isə zəngin tərkibi və sağlamlığa faydaları ilə uzunömürlülüyü dəstəkləyən qidalardan biri kimi diqqət çəkir.

 

Aztibb.az-ın xəbərinə görə, dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında  bildirib ki, narın müntəzəm şəkildə qida rasionuna daxil edilməsi sağlam qocalmağa kömək edə bilər. Onun sözlərinə görə, nar güclü antioksidantlarla zəngindir və bu maddələr orqanizmdə hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır. Meyvənin tərkibindəki polifenollar ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, qan dövranını yaxşılaşdırır və iltihabi proseslərin azalmasına yardım edir. 

 

Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edib ki, yaş artdıqca beyin fəaliyyətinin zəifləməsinə səbəb olan müəyyən iltihabi göstəricilər narın tərkibindəki polifenollar sayəsində azalır.

Dietoloq xatırladıb ki, koqnitiv qabiliyyətlərin zəifləməsi adətən orta yaş dövründən başlayır. Buna görə də həmin yaşlardan etibarən narın gündəlik qida rasionuna daxil edilməsi məqsədəuyğun hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır