Dəyişkən hava şəraiti bəzi virusların daha dayanıqlı olmasına səbəb olur - Aytən Bəşirova
07.06.2026 15:46
Yaz aylarında virusların aktivləşməsinin səbəbləri var. Dəyişkən hava şəraiti bəzi virusların, məsələn, adenovirusun müəyyən temperatur və rütubət şəraitində daha dayanıqlı olmasına səbəb olur. Bu viruslar hava-damcı yolu ilə, çirklənmiş su (məsələn, hovuz), həmçinin virusun saatlarla qala bildiyi çirklənmiş səthlərlə təmas nəticəsində, xüsusilə də gigiyena qaydalarına əməl edilmədikdə yayılır.
Bu barədə Aztibb.az-a məluumat verən Lökbatan Tibb Mərkəzinin həkim-pediatrı Aytən Bəşirova bildirib ki, respirator viruslar, əsasən, yuxarı və aşağı tənəffüs yollarına təsir göstərir, bəzi hallarda digər orqanlara da yayıla bilir. Məsələn, adi soyuqdəymə (rinovirus) orta qulaq iltihabı (otit) və sinüzit kimi ikincili ağırlaşmalara səbəb ola bilər. Xüsusilə, astma xəstələrində tənəffüs yollarının həssaslığını artıraraq ciddi astma tutmalarına zəmin yaradır. Eyni zamanda, adenovirus digərlərinə nisbətən daha çox orqana təsir edə bilir. Tənəffüs sistemi, gözlər və mədə-bağırsaq sisteminə və sair. İmmuniteti zəif olan şəxslərdə qaraciyər, ürək və beyin iltihabı kimi həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər. Bu səbəbdən də hər zaman ehtiyatlı olmaq lazımdır.
Pediatr qeyd edib ki, viruslar daha çox 6 ay - 3 yaş arası olan uşaqlarda yayılır, çünki onların qırtlaq quruluşu dar olduğundan virusun yaratdığı şişkinlik həyati təhlükəli tənəffüs çətinliyinə səbəb ola bilər.
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

