İsrailli tibb mütəxəssisləri Səhiyyə Nazirliyinin mükafatlarına layiq görülüblər
05.06.2026 15:26

Səhiyyə Nazirliyində İsrailin Soroka Universiteti Tibb Mərkəzinin uşaq neyrocərrahiyyə şöbəsinin direktoru Dr. Mikki Gideon “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif edilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, həmçinin “Azərbaycanda İsrail pediatriya həftəsi” layihəsinin təsisçisi Elana Cantor layihənin ölkəmizdə uğurla həyata keçirilməsi, çoxillik səmərəli fəaliyyəti və Azərbaycan-İsrail tibbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.

 

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın son illərdə uğurla inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, iki ölkənin tibb müəssisələri və mütəxəssisləri arasında qarşılıqlı təcrübə mübadiləsi, elmi-praktik əməkdaşlıq və kadr hazırlığı istiqamətində həyata keçirilən layihələr səhiyyə sisteminin inkişafına mühüm töhfə verir.

Səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edərək təltif olunan şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın səhiyyə sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

Öz növbəsində, Dr. Mikki Gideon və Elana Cantor göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək, Azərbaycan ilə İsrail arasında səhiyyə əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsində səylərini davam etdirəcəklərini vurğulayıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır