Elmi-Tədqiqat Pediatriya İnstitutuna sığınacaqdan gətirilən azyaşlı sağlamlığına qovuşub
05.06.2026 13:27

"NUR" Sığınacaq Evindən ağır vəziyyətdə olan azyaşlı uşaq təcili olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.

 

Aztibb.az xəbər verir ki, Yenidoğulmuşların Patologiyası şöbəsinə yerləşdirilən azyaşlıya həkim-pediatr Dilşad Atakişiyevanın, şöbə müdirinin və institut rəhbərliyinin birbaşa nəzarəti altında dərhal zəruri tibbi yardım göstərilib.


20 günədək stasionar müalicə müddətində uşaq üçün kompleks müayinə və intensiv müalicə tədbirləri həyata keçirilib. İnstitutun tibbi heyətinin apardığı peşəkar və operativ müdaxilələr nəticəsində azyaşlının səhhəti tamamilə yaxşılaşıb.

 

Sağlamlığına qovuşan uşaq müalicəsi uğurla başa çatdıqdan sonra tibb bacısının müşayiəti altında yenidən "NUR" Sığınacaq Evinə təhvil verilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır