Yaponiyada ötən il doğulan körpələrin sayı rekord sayda az olub
05.06.2026 13:34

Yaponiyada ötən il doğulan körpələrin sayı rekord sayda az olub.

 

Aztibbb.az www3.nhk.or.jp-ya istinadla xəbər verir ki, 2025-ci ildə doğuşların sayı əvvəlki ilə nisbətən təxminən 15 min azalaraq 671 minə düşüb. Doğuş sayı ardıcıl 10 ildir azalır və ötənilki rəqəm 1899-cu ildə qeydiyyatın aparılmasına başlanmasından indiyədək ən aşağı göstəricidir.

 

Nazirliyin tabeliyindəki Əhali və Sosial Təminat Tədqiqatları İnstitutu hələ 3 il əvvəl Yaponiyada doğuşların sayının 2040-cı illərdə 670 minə düşəcəyini təxmin etmişdi. Yaponiya həmin səviyyəyə 15 il tez çatıb.

 

Doğuşların sayı 1949-cu ildə körpə bumu zamanı 2,69 milyon göstərici ilə pik həddə çatıb. 2025-ci ildəki rəqəm bunun təxminən dörddəbirini təşkil edib.

 

Doğuş sayı ilə yanaşı, qadınların doğuş əmsalı da əvvəlki ilə nisbətdə 0,01 bənd azalaraq tarixi minimuma (1,14 uşaq) düşüb. Bölgələrə görə ən aşağı göstərici paytaxt Tokioda (0,96), ən yüksək isə Okinavada (1,52) qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır