Öd daşının 5 əsas əlaməti
06.06.2026 15:32

Öd kisəsi qaraciyər tərəfindən yaradılan və yağların parçalanmasına dəstək olan mayeni saxlayan və ifraz edən, mədənin sağ üst hissəsində yerləşən kiçik, armud şəklində bir orqandır. Öd kisəsinin əsas funksiyası ödü saxlamaq və qəbul edilən qidaların həzmini təmin etməkdir.

 

Aztibb.az-ın xəbərinə görə, öd kisəsində ən geniş yayılmış problemlərdən biri öd kisəsi daşıdır. Bir tıxanma və ya zədələnmə vəziyyətində ağrı və narahatlıq hissi yaradır. Xolelitiaz olaraq bilinən öd kisəsi daşları qaraciyərin dərhal altında yerləşən öd kisəsində ağrılara səbəb olur.

Öd daşının 5 əsas əlaməti:
Qəfil və şiddətli ağrılar: Xüsusilə yağlı, qızartma və ya ağır yeməklərdən sonra sağ qabırğaaltı nahiyədə başlayan və bəzən sağ kürəyə, çiyinə vuran kəskin ağrı.
Həzm problemləri: Yeməkdən sonra qarında şişkinlik, köp, ürəkbulanma və bəzən qusma halı.
Ağızda acılıq: Səhərlər yuxudan durarkən ağızda hiss olunan acı dad.
Sarılıq əlamətləri: Daş öd axarını tutduqda dəridə və gözün daxilində saralma, sidiyin rənginin tündləşməsi.
Səbəbsiz temperatur: Öd kisəsində iltihablaşma (xolesistit) başladıqda qızdırma və titrəmə.
 
Öd kisəsindəki daşlar vaxtında müalicə olunmadıqda öd axarını tıxaya və daha ciddi fəsadlara yol aça bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır