“Çiyin-çiyinə tibb naminə” Universitetlərarası Olimpiada qalibləri ilə görüş olub
04.06.2026 16:30

Azərbaycan Tibb Universitetində (ATU) “Çiyin-çiyinə tibb naminə” Universitetlərarası klinik-praktik Olimpiadada qalib olmuş komandalarla görüş keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə qaliblərə rektor, professor Gəray Gəraybəylinin səmimi təbriklərini çatdıran ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev göstərilən yüksək nəticələrin universitetin tələbə potensialı, eləcə də gələcək səhiyyə mütəxəssislərinin hazırlıq səviyyəsinin bariz göstəricisi kimi dəyərləndirib. 

 

Prorektor qeyd edib ki, tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirə bilmələri müasir tibb təhsilinin əsas prioritetlərindən biridir və bu kimi olimpiadalar gənclərin klinik düşüncə tərzinin formalaşmasına, komanda şəklində işləmək bacarıqlarının inkişafı və peşəkar hazırlıq səviyyələrinin yüksəldilməsinə mühüm töhfə verir. 

 

İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva da qalibləri təbrik edərək, onların nümayiş etdirdikləri yüksək hazırlıq səviyyəsini, peşəkar yanaşma və komanda ruhunu yüksək qiymətləndirib. 

 

Qeyd edək ki, ATU və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə keçirilən “Çiyin-çiyinə tibb naminə” Universitetlərarası klinik-praktik Olimpiadanın əsas məqsədi tələbələrin klinik bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi, komanda işinin təşviqi və universitetlərarası əməkdaşlığın gücləndirilməsidir. 

 

Görüşün sonunda olimpiadada I, II və III yerləri tutmuş komandalara kubok və diplomlar təqdim olunub və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır