Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
04.06.2026 12:03

1984-cü il təvəllüdlü pasiyent kəskin daşlı xolesistit diaqnozu ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Aparılan müayinələrdən sonra xəstəyə laparoskopik xolesistektomiya əməliyyatı icra olunub.

 

Aztibb.az-a Klinikadan bildirilib ki, ATU-nun III Cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı Telman Əmirovun rəhbərliyi ilə həyata keçirilən əməliyyat zamanı iltihablaşmış və böyümüş öd kisəsi tam şəkildə xaric edilib. Cərrahi müdaxilə uğurla başa çatıb.

 

Telman Əmirov bildirib ki, daşlı xolesistit zamanı xəstələrdə adətən sağ qabırğaaltı nahiyədə başlayan və sağ kürək və ya sağ çiyin nahiyəsinə yayılan kəskin tutmaşəkilli ağrılar müşahidə olunur. Xəstəliyin diaqnostikasında əsasən ultrasəs müayinəsi (USM) mühüm rol oynayır və əksər hallarda diaqnozun təsdiqlənməsi üçün kifayət edir.

 

Ümumi öd yollarında daş və ya digər maneələrdən şübhələnildikdə, həmçinin öd yollarında genişlənmə aşkarlandıqda əlavə olaraq MRCP və ya ERCP müayinələri aparıla bilər. Lakin öd yollarında genişlənmə və ya tıxanma əlamətləri olmadıqda sadə USM müayinəsi diaqnozun qoyulması üçün yetərli hesab olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır