Bu gün Aqressiya Qurbanı Olan Uşaqların Beynəlxalq Xatirə Günüdür  
04.06.2026 10:31

Bu gün dünya ictimaiyyəti münaqişələr və terrordan zərər çəkən uşaqların gününü qeyd edir.

Aztibb.az xəbər verir i, 4 iyun – Aqressiya Qurbanı Olan Uşaqların Beynəlxalq Xatirə Günü məhz bu ağrını dünyaya xatırlatmaq üçün təsis edilib. Bu gün yalnız həyatını itirən uşaqların deyil, həm də fiziki, psixoloji və mənəvi travmalarla böyüməyə məcbur qalan milyonlarla körpənin xatirəsinə ehtiram günüdür. BMT Baş Assambleyası 1982-ci ildə qəbul etdiyi qətnamə ilə bu günü beynəlxalq təqvimə daxil edib və dünya ictimaiyyətini uşaqların hüquqlarının müdafiəsinə çağırıb. Günün əsas məqsədi müharibə, zorakılıq və aqressiya nəticəsində zərər çəkən uşaqların yaşadığı ağrıların unudulmamasıdır. 

Tarix göstərir ki, hər bir silahlı münaqişə gələcək nəsillərin taleyində sağalmaz izlər buraxır. Müharibələr yalnız şəhərləri dağıtmır, həm də uşaqların arzularını, təhsil imkanlarını, təhlükəsizlik hissini məhv edir. Bu gün dünyanın müxtəlif bölgələrində minlərlə uşaq zorakılıq, məcburi köçkünlük, aclıq və psixoloji travmalarla üz-üzədir. Beynəlxalq təşkilatlar dəfələrlə bəyan ediblər ki, uşaqların qorunması bəşəriyyətin ən vacib vəzifələrindən biridir. 

Bütün dövlətlər uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına,insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməli, müharibə edən tərəflərin hərbi əməliyyatlar zamanı uşaqlara qarşı törədilən bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır.

Ermənistan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ, 44 günlük müharibə dövründə amansız və aqressiv davranışlar özünü daha qabarıq büruzə verdi. Bütün dünya münaqişə zonasından kənarda, Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında mülki əhaliyə qarşı ermənilərin terror hücumlarının yaxından şahidi oldu. Bu terror hadisələri nəticəsində 12 uşağın həyatını itirməsi, 50 uşağın isə xəsarət alması işğalçı Ermənistan Silahlı Qüvvələrinin əsl simasını bir daha ortaya qoydu.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır