Qarnından 35 kiloqramlıq şiş çıxarıldı - Gecikmiş xərçəng diaqnozu
04.06.2026 13:34

Rusiyada Tula Vilayət Onkoloji Dispanserinin həkimləri Yefremov şəhər sakini olan 49 yaşlı qadın üzərində mürəkkəb cərrahi əməliyyat həyata keçirərək 35 kiloqram ağırlığında nəhəng şişi çıxarıblar.

Aztibb.az xəbər verir ki, "Lenta.ru"nun məlumatına görə, qadın qarın nahiyəsinin sürətlə böyüməsinə baxmayaraq uzun müddət tibbi yardıma müraciət etməyib. Yalnız yaxınlarının təkidi ilə müayinədən keçməyə razılaşıb.

Pasiyent əvvəlcə rayon xəstəxanasında müayinə olunub, daha sonra təcili şəkildə onkoloji dispanserə göndərilib. Aparılan müayinələr nəticəsində ona gec mərhələdə yumurtalıq xərçəngi diaqnozu qoyulub.

Həkimlər iri ölçülü törəmənin çıxarılması üçün əməliyyat həyata keçiriblər. Cərrahi müdaxilə ağırlaşma olmadan başa çatıb və əməliyyatdan sonra xəstənin vəziyyəti sabitləşib.

Hazırda qadın müstəqil şəkildə hərəkət edə bilir və özünü əvvəlki dövrlə müqayisədə xeyli yaxşı hiss edir.

Mütəxəssislər bildirirlər ki, bu cür hallar orqanizmdə baş verən narahatedici dəyişikliklərin vaxtında qiymətləndirilməsinin vacibliyini bir daha göstərir. Xəstəlik erkən mərhələdə aşkar edildikdə müalicə imkanları daha geniş olur və ağır fəsadların qarşısını almaq mümkünləşir.

Qeyd: Qarın nahiyəsinin səbəbsiz böyüməsi, davamlı ağrılar, iştahsızlıq, tez yorulma və ya çəki dəyişiklikləri kimi əlamətlər müşahidə olunduqda gecikmədən həkimə müraciət etmək tövsiyə edilir. Erkən diaqnostika onkoloji xəstəliklərin uğurlu müalicəsində əsas amillərdən biridir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır