Bel ağrılarından sığortalanmağın ən effektiv yolu – İspaniyalı travmotoloq izah etdi
04.06.2026 09:32

Düzgün qamət və rahat mebellər onurğa sağlamlığını qorumaq üçün vacib olsa da, təkbaşına bel problemlərindən sığorta vermir. Bel ağrılarının qarşısını almağın əsas yolu müntəzəm fiziki aktivlikdir.

 

Aztibb.az xəbər verir ki, "Daily Mail" nəşrinə müsahibəsində bu barədə İspaniyanın Qranada şəhərində yerləşən San Sesilio Universitet Klinikasının travmatoloqu İnes Sançes bildirib.

 

Mütəxəssis qeyd edib ki, bir çox insan bel sağlamlığını qorumaq üçün düz oturmağın, hərəkətləri ehtiyatla etməyin və ortopedik kreslolardan istifadə etməyin kifayət etdiyini düşünür. Lakin təcrübə göstərir ki, bu tədbirlər xroniki bel ağrılarının qarşısını hər zaman ala bilmir.

 

Həkimin sözlərinə görə, onun pasiyentləri arasında qamət qaydalarına ciddi əməl edən, lakin buna baxmayaraq davamlı bel narahatlığından əziyyət çəkən insanlar az deyil. Bunun əsas səbəbi uzun müddət eyni vəziyyətdə qalmaq və ümumi hərəkət çatışmazlığıdır.

 

Travmatoloq izah edib ki, onurğa sütunu, fəqərəarası disklər, əzələlər və bağlar normal fəaliyyətlərini qorumaq üçün müntəzəm yüklənməyə ehtiyac duyurlar. Uzun müddət hərəkətsiz qalmaq qan dövranını zəiflədir, oynaqların hərəkətliliyini azaldır və onurğanı dəstəkləyən əzələ korsetinin zəifləməsinə səbəb olur.

 

İnes Sançesin fikrincə, bel problemlərinin profilaktikasında ən təsirli üsul gün ərzində davamlı hərəkət etməkdir. Xüsusilə iş masasının arxasında uzun saatlar keçirən insanlara hər 30 dəqiqədən bir ayağa qalxmaq, qısa isinmə hərəkətləri və ya dartınma məşqləri etmək tövsiyə olunur.

 

Mütəxəssis əlavə edib ki, gündəlik gəzintilər və istənilən növ orta intensivlikli fiziki fəaliyyət də onurğa sağlamlığı üçün faydalıdır. Müntəzəm hərəkət dayaq-hərəkət aparatının normal fəaliyyətini dəstəkləyir və xroniki ağrıların yaranma riskini əhəmiyyətli dərəcədə azaldır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır