Naxçıvanda hamilə və zahı qadınlara tibbi və psixoloji dəstək mövzusunda maarifləndirici təlimlər keçirilir
03.06.2026 09:31

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə hamilə və zahı qadınlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Hamilələrin ilkin qeydiyyatı, hamiləlik müddətində müşahidə qaydaları” və “Analar Məktəbi. Mamalar tərəfindən gələcəyin analarına psixoloji və tibbi dəstək” mövzularında maarifləndirici tədbirlər keçirilir.


Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən məlumata görə, növbəti tədbir Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Samrat Gəncəyeva tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, ana və uşaq sağlamlığının qorunmasında hamilələrin vaxtında qeydiyyata alınması, hamiləlik dövründə müntəzəm tibbi nəzarətin təmin olunması və gələcək analara göstərilən psixoloji dəstək mühüm rol oynayır.


Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenant Emin Sadıqovun anası, Perinatal Mərkəzin Analar Məktəbinin təlimçi tibb bacısı Gülşad Rüstəmova “Hamilə və zahı qadınlarla peşəkar ünsiyyət və psixoloji yanaşma” mövzusunda çıxış edib. O, hamilə və zahı qadınlarla ünsiyyətdə etimad mühitinin yaradılmasının, onların psixoloji durumuna həssas yanaşmanın və düzgün məlumatlandırmanın vacibliyini diqqətə çatdırıb.


Təlimdə iştirak edən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ginekologiya kafedrasının müəllimi, M.Ə.Mirqasımov adına Respublika Xəstəxanasının mama-ginekoloqu Nurtən Abdullayeva isə hamilələrin qeydiyyatı və müşahidə qaydaları barədə ətraflı məlumat verib. Bildirilib ki, erkən qeydiyyat həm ana, həm də körpə üçün yarana biləcək risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır. Eyni zamanda, hamiləlik dövründə düzgün müşahidənin və mamaların bu sahədəki rolunun əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, maarifləndirici təlimlərin növbəti mərhələləri iyunun 3-də Culfa Regional Tibb Mərkəzində, iyunun 4- də isə Babək Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır