Ana oğluna ikinci həyat bəxş etdi
03.06.2026 11:05

Tanınmış ümumi cərrah - transplantoloq Tariyel Nadirov və komandası daha bir uğurlu orqan nəqli əməliyyatına imza atıb.

Aztibb.az xəbər verir ki, uzun müddətdir xroniki böyrək çatışmazlığından əziyyət çəkən, hər həftə 3 dəfə dializ aparatına bağlanaraq yaşam mübarizəsi verən Mehdi adlı pasiyent, anasının böyük fədakarlığı və həkimlərin yüksək peşəkarlığı sayəsində yenidən sağlam həyata qayıdıb.

Təxminən bir il əvvəl ikitərəfli nefrektomiya əməliyyatı keçirən (hər iki böyrəyi çıxarılan) pasiyent, yenidən həyata tutunmaq ümidi ilə həkimə müraciət edib. Müraciət zamanı xəstədə alt urinar sistem problemləri aşkarlanıb. Dr. Tariyel Nadirovun rəhbərliyi ilə əməliyyatın risklərini minimuma endirmək məqsədilə xəstəyə öncə ətraflı urodinamik müayinələr tətbiq edilib. Eyni zamanda, donor olmaq istəyən fədakar ananın da bütün tibbi yoxlanışları tam və dərindən həyata keçirilib. Müayinələrin müsbət nəticəsindən sonra transplantasiya komandası hərəkətə keçib.

Uğurla icra olunan transplantasiya əməliyyatından sonra gənc pasiyent yenidən normal həyat ritminə qovuşub. Həm ananın, həm də oğulun səhhətində hər şeyin tam qaydasında olduğu qeyd edilib.


Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır