Norveç səhiyyə sahəsində misli görünməmiş kadr çatışmazlığı ilə üzləşə bilər
07.06.2026 10:26

Norveç səhiyyə sahəsində misli görünməmiş kadr çatışmazlığı ilə üzləşə bilər.

 

Aztibb.az nlsnorwayrelocation.no-ya istinadla xəbər verir ki, Norveç Statistika İdarəsinin (SSB) proqnozuna əsasən, 2060-cı ilədək ölkədə çalışan hər üç nəfərdən biri əhalinin artan tələbatını qarşılamaq üçün səhiyyə və sosial qayğı sahəsində çalışmalı ola bilər.

 

Ekspertlərin hesablamalarına görə, tibb işçilərinin çatışmazlığı 2025-ci ildəki 9,9 min nəfərdən 2040-cı ilədək 42,4 min nəfərə çatacaq. Ən böyük çatışmazlığın tibb bacıları, həmçinin xəstələrə və yaşlı insanlara qulluq edən mütəxəssislər arasında olacağı proqnozlaşdırılır.

 

Səhiyyə işçilərinə tələbatın artmasının əsas səbəbi əhalinin yaşlanmasıdır. Proqnozlara görə, 2050-ci ilədək Norveçdə yaşı 80-dən yuxarı olanların sayı 600 min nəfəri keçəcək. Bu da hazırkı göstəricidən iki dəfədən çoxdur.

Bununla əlaqədar hökumət 2040-cı ilədək səhiyyə sisteminin kadr potensialının inkişafına dair uzunmüddətli plan hazırlayır. Sənəddə mütəxəssislərin cəlb edilməsi və onların sistemdə fəaliyyətini davam etdirmələri üçün 100-dən çox konkret tədbirin yer alacağı bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır