Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 300-ü ötüb  
02.06.2026 14:19

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma hallarının sayı 321-ə çatıb.

 

Aztibb.az-ın www.thinkglobalhealth.org-a istinadla  məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər Konqo Demokratik Respublikasında Ebola virusuna 906 şübhəli yoluxma halı barədə məlumat verib. Bazar günü ölkə hakimiyyəti təsdiqlənmiş halların sayının 282-yə çatdığını, sonra isə bu rəqəmin 321-ə yüksəldiyini açıqlayıb.

 

"Reuters" həmçinin bildirib ki, beynəlxalq CEPI (Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyası) təşkilatı Konqonun şərqində yayılan "Ebola-Bundibuqyo" virusuna qarşı peyvəndlərin hazırlanmasını sürətləndirmək üçün "Moderna" şirkətinə təxminən 60 milyon dollar ayıracaq.

 

Qeyd edilir ki, CEPI COVID-19 pandemiyası zamanı peyvəndlərin hazırlanmasını dəstəkləyən ilk investorlardan biri olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır