Qızılca, məxmərək, parotit infeksiyalarına qarşı tətbiq olunan QPM peyvəndi 
02.06.2026 10:21
Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Bu xəstəliyə yoluxma bütün yaş dövrlərində rast gəlinir, 5 yaşa qədər olan uşaqlar arasında daha tez-tez müşahidə olunur. Virus orqanizmə hava damcı yolu ilə daxil olur.
 
Aztibb.az xəbər verir ki, törədicinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəlik zamanı ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, populyoz, ləkəli səpkilər meydana çıxır.
Xəstəliyin gedişi 3 mərhələdən ibarətdir: kataral, səpki, piqmentasiya. İnkubasiya dövrü 6-17 gündür.
Hazırda ölkəmizdə 1 və 6 yaşda QPM peyvəndi olunmaqla uşaqlar bu xəstəlikdən qorunur.
 
Məxmərək - səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir.
 
Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir.
Parotit virus infeksiyası olub, tüpürcək vəzilərinin, mədəaltı vəzinin, oğlanlarda xayaların, qızlarda yumurtalıqların, beyin qişalarının və s. toxumaların zədələnməsi ilə müşayiət edilir.
 
Xəstəlik hərarətin 38-39 dərəcə və daha artıq qalxması ilə başlayır, ağzı açarkən və çeynəmə zamanı ağrı hiss olunur, qulaqaltı tüpürcək vəzilərinin ölçüsü böyüyür. Daha sonra çənəaltı və dilaltı tüpürcək vəziləri də böyüyə bilər.
 
Epidemik parotitin ən yaxşı profilaktikası - ona qarşı peyvəndin edilməsindən ibarətdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır