Kimya İnstitutunda “Hidrogen energetikası” mövzusunda beynəlxalq veb-seminar  
02.06.2026 10:10

Elm və Təhsil Nazirliyi Kimya İnstitutu “Beynəlxalq əməkdaşlıq sektoru”nun illik fəaliyyət planına uyğun olaraq “Hidrogen energetikası” mövzusunda beynəlxalq onlayn veb-seminar təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.

 

Bildirilib ki, veb-seminar Kimya İnstitutu və Rusiyanın Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzi arasında elmi əməkdaşlıq çərçivəsində “Hidrogen energetikası” mövzusunda baş tutub.

Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev seminar iştirakçılarını və əsas məruzəçi - Kurçatov İnstitutunun baş elmi işçisi, professor Vladimir Nikolayeviç Fateyevi salamlayaraq, iki institut arasında elmi əlaqələrin yeni mərhələdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azəebaycanda daxil olmaqla, bütün dünyada hidrogen energetikasının gələcək enerji təhlükəsizliyi və “yaşıl” texnologiyalar baxımından strateji rolundan danışaraq, bu sahədə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin perspektivliyini xüsusi vurğulayıb.

 

Sonra institutun “Beynəlxalq əməkdaşlıq sektoru”nun baş mütəxəssisi Araz Dövlətov belə seminarların gənc alim və tədqiqatçılar üçün  vacibliyini qeyd edib və fikirlərinə əlavə edib ki,  seminar iştirakçılarının böyük əksəriyyəti gənclərdir və onlar böyük həvəslə veb-seminara qoşulublar.

 

Daha sonra söz professor Vladimir Nikolayeviç Fateyev “Hidrogen energetikası” mövzusunda ətraflı məruzə ilə çıxış edərək, hidrogenin istehsalı, saxlanması, daşınması və enerji sistemlərində tətbiqi ilə bağlı aktual elmi nailiyyətləri və texnoloji yenilikləri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Məruzədən sonra intensiv sual-cavab sessiyası baş tutub. Gənc tədqiqatçılar və doktorantlar hidrogen texnologiyalarının Azərbaycanda tətbiqi, mümkün əməkdaşlıq istiqamətləri və gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır