Azərbaycanda Ebola xəstəliyinin yayılması riski aşağı qiymətləndirilir  
01.06.2026 16:02

Ebola xəstəliyi ölkəmiz üçün endemik hesab edilmir və hazırda Azərbaycanda xəstəliyin yayılması riski aşağı qiymətləndirilir. Xəstəlik əsasən Afrika qitəsinin müəyyən regionlarında qeydə alınır və lokal xarakter daşıyır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, mövcud beynəlxalq məlumatlara əsasən, epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhdud hesab olunur. Virus heyvanların (meyvə yarasaları, insanabənzər meymunlar və s.), eləcə də yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə sıx təmas zamanı ötürülür, gündəlik sosial təmas yolu ilə yayılmır. Bu səbəbdən əhali üçün real epidemioloji təhlükə aşağı qiymətləndirilir.

 

Ölkəmizdə mümkün risklərin qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Riskli ölkələrdən gələn və ya yoluxmaya şübhəli şəxslərlə təmasda olmuş şəxslər üzərində tibbi müşahidə təşkil olunur. Xəstəliyə şübhə yarandığı hallarda laborator müayinələrin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində zəruri laborator baza və test sistemləri mövcuddur.

 

Hazırkı mərhələdə əhali üçün əlavə məhdudiyyət və ya xüsusi tədbirlərə ehtiyac yoxdur. Vətəndaşlara yalnız beynəlxalq səfərlər zamanı ümumi gigiyena qaydalarına riayət etmək və rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunur.

 

Səhiyyə Nazirliyi vəziyyəti beynəlxalq təşkilatlarla birgə daim izləyir və zərurət yaranarsa, ictimaiyyətə operativ məlumat veriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır