TƏBİB tərəfindən əlilliyi olan uşaqların ev şəraitində tibbi müayinələri davam etdirilir
01.06.2026 14:44

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş aksiya çərçivəsində ölkə üçün prioritet sahələrdən biri olan ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə TƏBİB tərəfindən hərəkət məhdudiyyəti olan qız uşaqlarının evdə tibbi müayinələrinin aparılmasına başlanılıb.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, qurum tərəfindən həyata keçirilən uşaq sağlamlığının monitorinqi proqramı çərçivəsində hərəkət məhdudiyyətli əlilliyi olan uşaqların ev şəraitində ixtisaslı həkimlər tərəfindən tibbi müayinələri təşkil olunur.

 

Bu istiqamətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim briqadası tərəfindən hərəkət məhdudiyyətli əlilliyi olan uşaqlar evlərində ziyarət edilərək tibbi müayinədən keçirilib.

Müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, mövcud xəstəliklər və risk faktorları müəyyənləşdirilir, zəruri hallarda əlavə müayinələr və müalicə tədbirləri tövsiyə olunur. Eyni zamanda, uşaqların tibbi-sosial reabilitasiya ehtiyacları nəzərdən keçirilir, yeniyetmə qızların reproduktiv sağlamlığı da daxil olmaqla yaşa uyğun sağlamlıq göstəriciləri qiymətləndirilir.

 

Müayinələr sahə həkiminin iştirakı ilə pediatr, oftalmoloq, otorinolarinqoloq, nevroloq, ginekoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən aparılır.

 

Multidisiplinar yanaşmanın təmin olunması məqsədilə TƏBİB Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində sosial işçilərin də prosesə cəlb olunması uşaqların həm tibbi, həm də sosial ehtiyaclarının kompleks şəkildə qiymətləndirilməsinə və müvafiq dəstək tədbirlərinin planlaşdırılmasına imkan yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır