ATU-nun əməkdaşı Almaniyanın “Carl Zeiss Microscopy” şirkətində müzakirələrə qatılıb
01.06.2026 15:05

Azərbaycan Tibb Universiteti (ATU) Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayev Almaniya Federativ Respublikasında səfərdə olub. 

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, səfər “Carl Zeiss Microscopy GmbH” (Oberkohen ş.) şirkətində Mikroskopiya laboratoriyalarının inkişaf fəaliyyətlərini dəstəkləyə biləcək qabaqcıl analitik və görüntüləmə texnologiyaları ilə bağlı peşəkar görüşlər və texniki dəstəyin verilməsi üzrə müzakirələrin aparılmasında iştirak etmək məqsədi daşıyıb.

Həmin dövrdə “Carl Zeiss Customer Center Europe”-da müxtəlif mikroskopiya sistemləri üzrə geniş texniki təqdimatlar və praktiki nümayişlər keçirilib. Bu təqdimatlar elektron mikroskopiya (SEM, TEM), konfokal mikroskopiya, canlı hüceyrə görüntülənməsi, süni intellekt əsaslı görüntü analizi və rəqəmsal tədris platformalarını əhatə edib.

Səfər zamanı Gemini 360, Gemini 460 və Gemini 560 STEM sistemləri, həmçinin Volutome və digər 3D görüntüləmə həlləri müzakirə olunub. Konfokal mikroskoplardan isə LSM 990 modeli haqqında ətraflı məlumatlar əldə edilib və tədbiq imkanları dəqiqləşdirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır