8 yaşlı qızın böyrəkləri xilas edilsə də, vaxtında addım atılmadığından zədə izləri qaldı
01.06.2026 11:52

Təkrarlayan yüksək qızdırma və sidik yolu infeksiyası şikayətləri ilə müraciət edən 8 yaşlı qız uşağının müayinəsi zamanı hər iki böyrəkdə ciddi fəsadlar aşkarlanıb. Aparılan ultrasəs müayinəsi (USM) nəticəsində xəstədə ikitərəfli ureterohidronefroz (sidik axarları və böyrək ləyənlərinin genişlənməsi) və keçirilmiş infeksiyalara bağlı böyrək toxumasında zədələnmələr (skarlar) müəyyən edilib.

Aztibb.az xəbər verir ki, aktiv xəstəlik ocağı müalicə olunduqdan sonra icra edilən işəmə sistoqrafiyası (VCUG) ilə uşaqda ikitərəfli yüksək dərəcəli vezikoureteral reflyuks aşkarlayıb. Həmçinin böyrəyin süzmə funksiyasını göstərən kreatinin göstəricisi yaşına görə yüksək (1 mq/dl) tapılıb. Xəstə uğurlu cərrahi əməliyyata alınıb və reflyuks tamamilə aradan qaldırılıb.

Həkimlər xəstənin tibbi tarixçəsini (anamnezini) incələyərkən əvvəlki dövrlərdə icra olunmuş bir neçə ciddi taktik səhvi üzə çıxarıblar.

 

Uşaqda təkrarlayan sidik yollarının infeksiyası dəfələrlə müalicə edilib, lakin heç vaxt səbəbi araşdırılmayıb, dəfələrlə lazımsız KT müayinəsi aparılıb və bir çox hallarda sidik analizi olmadan antibiotik və bitki tərkibli preparatlar təyin edilib.

Uşaq urologiyası uzmanı, Dr. Pərviz Hacıyev bildirib ki, icra etdikləri əməliyyatla uşağı bundan sonra yarana biləcək infeksiyalardan və böyrəyin daha da sıradan çıxması təhlükəsindən qoruyublar.

 

Həkim qeyd edib ki, keçmiş illərdə gecikmiş və səhv müalicələr ucbatından böyrəyin aldığı zədələri geri qaytarmaq, bərpa etmək artıq qeyri-mümkündür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır