ÜST Ebola virusuna yoluxmuş beş xəstənin sağalmasını ümidverici hadisə kimi qiymətləndirib  
01.05.2026 16:52

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Konqo Demokratik Respublikasının şərqində Ebola virusunun nadir Bundibuqyo ştamına yoluxmuş beş xəstənin sağalmasını ümidverici hadisə kimi qiymətləndirib.

 

Aztibb.az apnews.com-a istinadla xəbər verir ki, ÜST baş direktoru İturi əyalətinin paytaxtı Bunia şəhərinə səfəri zamanı yeni Ebola müalicə mərkəzinin açılışında çıxış edib. O bildirib ki, hazırkı ştam üçün təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsi olmasa da, xəstələrin sağalması bunun mümkün olduğunu göstərir.

 

“Sərhədsiz Həkimlər” təşkilatı virusun yayılma sürətinin cavab tədbirlərini üstələdiyini bildirərək testlərin genişləndirilməsinə və tibbi yardımların artırılmasına çağırıb.

 

Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.

Bu ölkə ilə həmsərhəd olan Uqandada isə 9 nəfərin Ebola virusuna yoluxduğu təsdiqlənib, 1-i bu xəstəlikdən həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır