Kardioloq gündə 8–10 saat oturmağın ciddi xəstəlik riskini artırdığını bildirib
31.05.2026 12:24

 

 Gündə 8–10 saat hərəkətsiz oturmaq infarkt riskini artırır

Kardioloq Oksana Sinenkova uzun müddət oturaq vəziyyətdə qalmağın ürək-damar sisteminə mənfi təsirlərindən danışıb.

 

Aztibb.az Lenta.ru-nun məlumatına istinadən yazır ki, həkimin sözlərinə görə, işi ilə əlaqədar gün ərzində 8–10 saatı hərəkətsiz şəkildə oturaraq keçirən insanların infarkt keçirmə riski gündə ümumilikdə 3–4 saat oturan şəxslərlə müqayisədə 40–50 faiz daha yüksəkdir.

 

Kardioloq vurğulayıb ki, müntəzəm qısa fasilələr sağlamlığın qorunması baxımından son dərəcə vacibdir.

 

“Gündəlik oturma müddətinin mütəmadi olaraq 6–8 saatı keçməsi, hətta fasilələr verilsə belə, ürək-damar xəstəlikləri üçün rəsmi risk faktoru hesab olunur”, – deyə həkim bildirib.

 

O, həmçinin oturaq işlə məşğul olanlar üçün bir sıra praktik tövsiyələr verib. Belə ki, oturarkən dizlər çanaq səviyyəsindən yuxarı olmamalı, ayaqlar isə tam şəkildə yerə söykənməlidir.

 

Mütəxəssis hər 30–45 dəqiqədən bir 5–10 dəqiqəlik aktiv fasilələr etməyi tövsiyə edir. Bu zaman yüngül dartınma hərəkətləri etmək, həmkarla yazışmaq əvəzinə onun yanına getmək, lift əvəzinə pilləkənlərdən istifadə etmək və telefonla danışarkən yerimək daha faydalıdır.

 

Kardioloqun sözlərinə görə, ürək-damar sağlamlığını qorumaq üçün gün ərzində 7–10 min addım atmağa çalışmaq da vacibdir. Bu vərdiş qan dövranını yaxşılaşdırır, artıq çəki riskini azaldır və ürək xəstəliklərinin qarşısının alınmasına kömək edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır