Naxçıvanda 44 vətəndaşın səhiyyə ilə bağlı müraciəti dinlənilib
29.05.2026 19:07

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Səhiyyə Nazirliyinin inzibati binasında vətəndaş qəbulu keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər araşdırılıb və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinə məsələləri, işlə təminat və digər sosial yönümlü məsələləri əhatə edib.
Qəbulda ümumilikdə 44 vətəndaş iştirak edib.

Qeyd olunub ki, vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılması, insanların problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi səhiyyə sahəsində həyata keçirilən fəaliyyətin əsas istiqamətlərindən biridir.

Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır