EHJ: Ürək dərmanı sayılan beta-blokatorlar bəzi infarkt xəstələri üçün faydasızdır
30.05.2026 11:20

Beynəlxalq alimlər qrupunun apardığı tədqiqat göstərib ki, beta-blokatorlar ağırlaşmamış miokard infarktı keçirmiş və ürək funksiyası qorunmuş xəstələr üçün faydalı olmaya bilər.

 

Aztibb.az EHJ jurnalında dərc olunan tədqiqatın nəticələri barədə yazır ki, beta-blokatorlar onilliklərdir infarktdan sonrakı müalicənin standart hissəsi kimi istifadə edilərək, ürəyə düşən yükü və miokardın oksigen tələbatını azaltmaqla aritmiyaların qarşısını almağa kömək edir.

 

Lakin müasir dövrdə tıxanmış damarlar çox vaxt operativ şəkildə bərpa olunur, xəstələr statinlər, antiaqreqantlar və digər effektiv preparatlardan istifadə edirlər. Bu isə alimləri köhnə müalicə yanaşmasını yenidən qiymətləndirməyə vadar edib.

 

Tədqiqata İspaniya və İtaliyadakı 109 xəstəxanadan 8505 pasiyent daxil edilib. Evə buraxıldıqdan sonra iştirakçıların bir hissəsi beta-blokator qəbul etməyə davam edib, digər qrup isə bu preparatı almayıb. Bütün xəstələr standart terapiya alıblar. Orta müşahidə müddəti təxminən 4 il olub.

 

Məlum olub ki, ürəyin nasos funksiyası qorunan xəstələrdə beta-blokatorlar ölüm riski, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbilə hospitalizasiya ehtimalını azaltmayıb.

 

Müəlliflərin qiymətləndirməsinə görə, hazırda ağırlaşmamış infarkt keçirən xəstələrin 80 faizindən çoxuna evə yazılarkən beta-blokator təyin edilir. Əgər gələcək tədqiqatlar bu dərmanların faydasızlığını təsdiqləsə, bu, əsassız təyinatların azalmasına və yorğunluq, bradikardiya və cinsi disfunksiya kimi əlavə təsirlərin riskinin azalmasına səbəb ola bilər.

 

Tədqiqatda həmçinin qeyd olunur ki, beta-blokator qəbul edən qadınlarda ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbilə hospitalizasiya riski bu dərmanı qəbul etməyən qadınlarla müqayisədə daha yüksək olub. Bu təsir xüsusilə ürək funksiyası tam qorunmuş pasiyentlərdə daha qabarıq müşahidə edilib. Kişilərdə isə belə bir əlaqə aşkar olunmayıb.

 

Müəlliflər vurğulayırlar ki, nəticələr xəstələrin özbaşına dərmanı dayandırmalı olduğu anlamına gəlmir. Beta-blokatorlar bir çox xəstə üçün, xüsusilə ürək funksiyası zəifləyən və digər göstərişlər olan hallarda, hələ də vacib müalicə vasitəsidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır