Nevroloq beyin anevrizmasının təhlükəsi barədə xəbərdarlıq edib
29.05.2026 10:35

Beyin damarlarının anevrizması uzun müddət simptomsuz keçə bilər və damar partladığı halda ani ölümə səbəb ola bilər.

 

Aztibb.az "Pravda" nəşrinə istinadən yazır ki, bu barədə fikirlərini bölüşən rusiyalı nevroloq Aleksandr Komarovun sözlərinə görə, anevrizma damar divarlarının zəifləməsi və ya nazilməsi nəticəsində arteriyanın patoloji genişlənməsidir. O, beynin müxtəlif damar sahələrində formalaşa bilər və əksər hallarda uzun müddət heç bir əlamət vermir.

 

Nevroloq qeyd edib ki, anevrizmanın yerləşdiyi nahiyədən asılı olmayaraq, bu vəziyyət olduqca təhlükəlidir. Əgər damar zədələnərsə və ya partlayarsa, ölüm ani şəkildə baş verə bilər.

 

Həkim vurğulayıb ki, simptomlar əsasən iri ölçülü anevrizmalar zamanı ortaya çıxır. Kiçik damar genişlənmələri isə adətən hiss olunmur və çox vaxt təsadüfən – kontrastlı MRT və ya KT müayinələri zamanı aşkarlanır. Bu müayinələr anevrizma ilə yanaşı digər damar patologiyalarını da müəyyən etməyə imkan verir.

 

Nevroloqun sözlərinə görə, anevrizmanın dərmanla müalicəsi mümkün deyil və problem yalnız cərrahi müdaxilə ilə aradan qaldırıla bilər. Əməliyyat üsulu hər bir pasiyentin xəstəlik tarixçəsinə uyğun fərdi şəkildə seçilir.

 

Həkim əlavə edib ki, bu cür əməliyyatların təxminən 90 faizi uğurla nəticələnir və pasiyentlər xəstəlikdən xilas ola bilirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır