Banqladeşdə anensefaliya ilə doğulan körpə diqqət çəkib
28.05.2026 10:44

 

Banqladeşdə qohum nigahı edən cütlüyün anensefaliya diaqnozu ilə dünyaya gələn körpəsi sosial mediada geniş müzakirələrə səbəb olub.

 

Aztibb.az "The Indian Express" portalının məlumatına istinadən yazır ki, həkim müayinəsi zamanı körpədə kəllə sümüyünün və beynin tam formalaşmadığı müəyyən edilib. Müayinənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bu nadir patologiya yenidən diqqət mərkəzinə gəlib.

 

Tibbdə “anensefaliya” adlandırılan bu vəziyyət dölün ana bətnində inkişafı zamanı sinir borusunun tam bağlanmaması nəticəsində yaranır. Bu ağır inkişaf qüsuru zamanı beynin və kəllənin bir hissəsi formalaşmır.

 

Mütəxəssislər bildirirlər ki, xəstəliyin yaranmasında genetik faktorlarla yanaşı, fol turşusu çatışmazlığı və qohum nigahları da risk amilləri sırasında yer alır. Həkimlər hamiləlik planlayan qadınlara fol turşusu qəbulunun vacibliyini və prenatal nəzarətin əhəmiyyətini xüsusi vurğulayırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır