40 yaşdan sonra hamiləliklə bağlı ən çox yayılan miflər
27.05.2026 11:13

Müasir dövrdə bir çox qadın ana olma qərarını daha gec yaşlara saxlayır. Bəs həkimlər 40 yaşdan sonra hamiləliyə necə yanaşırlar?

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinin məlumatına istinadən yazır ki, həkim Yekaterina Şrux bu mövzuda ən çox yayılan miflərə aydınlıq gətirib.



Həkimin sözlərinə görə, 45 yaşda belə sağlam uşaq dünyaya gətirmək mümkündür. Müasir tibb bir çox qadına bu yaşda hamiləliyi uğurla daşımağa imkan verir. Lakin risklərin real qiymətləndirilməsi və miflərlə həqiqətin fərqləndirilməsi vacibdir.



Mif 1: “40 yaşdan sonra yalnız süni mayalanma ilə hamilə qalmaq mümkündür”



Bu fikir tam doğru deyil. Təbii yolla hamiləlik 40–45 yaş arasında mümkündür, baxmayaraq ki, ehtimal yaş artdıqca azalır. Bunun səbəbi ovulyasiyanın hər ay baş verməməsi və yumurta ehtiyatının azalmasıdır. Bununla belə, 50 yaşdan sonra belə təbii hamiləlik halları qeydə alınıb.



Mif 2: “Uşaq çox ehtimal Daun sindromu ilə doğulacaq”



Həkim bildirir ki, yaş artdıqca xromosom pozğunluğu riski yüksəlir. Məsələn, 30 yaşda risk təxminən 1:800 olduğu halda, 45 yaşda bu göstərici 1:30–1:50 arasında dəyişir. Lakin bu o deməkdir ki, uşaqların böyük əksəriyyəti sağlam doğulur. Müasir prenatal diaqnostika üsulları xorion xovlarının biopsiyası, amniosentez və qeyri-invaziv prenatal testlər (NİPT) xromosom patologiyalarını erkən mərhələdə dəqiq müəyyən etməyə imkan verir.



Mif 3: “45 yaşdan sonra yalnız qeysəriyyə əməliyyatı mümkündür”



Bu da mif hesab olunur. Əgər qadının sağlamlıq vəziyyəti yaxşıdırsa və hamiləlik ağırlaşmasız keçirsə, təbii doğuş mümkündür. Qeysəriyyə əməliyyatı yaşa görə deyil, tibbi göstərişlərə əsasən təyin edilir.



Həqiqət: “40 yaşdan sonra hamiləlik ana üçün daha risklidir”



Həkim qeyd edir ki, bu fikir doğrudur. Yaş artdıqca orqanizm hamiləliyin yaratdığı yüklənmələrə qarşı daha həssas olur. Bu isə arterial təzyiq, şəkərli diabet və digər ağırlaşmalar riskini artıra bilər. Buna görə də belə hamiləliklər daha diqqətli tibbi nəzarət tələb edir.



Mütəxəssisin fikrincə, 45 yaş hökm deyil. Əsas məsələ hamiləliyin düzgün planlaşdırılması, sağlam həyat tərzi və peşəkar həkim nəzarətidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır