XIV əsrin Çin cərrahları anesteziya üçün zəhərli bitkilərdən istifadə ediblər - TƏDQİQAT
27.05.2026 08:56

 

Qədim cərrahi alətlərin üzərində aşkarlanan qırmızı maddə izləri ağrının deyil, əksinə, ağrısız əməliyyatların göstəricisi ola bilər.

 

Aztibb.az "Antiquity" jurnalında dərc olunan araşdırmaya istinadən yazır ki, Çinin Tsyanyin bölgəsində Min sülaləsi dövrünə aid məzarda tapılmış metal qayçı və pinsetlərin üzərində aparılan analizlər onların cərrahi anesteziyada istifadə olunan maddələrin ən qədim birbaşa kimyəvi sübutlarından biri olduğunu göstərib.

 

Alimlərin fikrincə, həmin maddə akonitin — yüksək toksik təsirə malik bitki mənşəli birləşmə ola bilər. Bu maddə “akonit” adlı zəhərli bitki qrupundan əldə edilir və tarixən ağrıkəsici məqsədlərlə istifadə edildiyi güman olunur.

 

Araşdırma müəllifləri qeyd edirlər ki, alətlərin məşhur cərrah Sya Tsyuana məxsus olması xüsusi əhəmiyyət daşıyır. Təxminən 1348–1411-ci illərdə yaşamış cərrahın məzarı aşkar olunduqdan sonra burada geniş cərrahi alətlər toplusu tapılıb.

 

Tədqiqat müəlliflərindən Tsuntsan Çjao bildirib ki, altı əsr əvvəl Min sülaləsinin cərrahları dəmir qayçı və pinsetlərlə əməliyyat aparırdısa, bu gün alimlər lazer texnologiyası vasitəsilə həmin alətlər üzərində qalan anestezik izlərini oxuya bilirlər.

 

Onun sözlərinə görə, bu, bəşər tarixində qədim cərrahi alətlər üzərində anestezik maddələrin birbaşa kimyəvi izlərinin ilk dəfə aşkarlanmasıdır və qədim həkimlərin zəhərli bitkilərdən istifadə etməklə ağrını azaltma üsullarını bildiyini göstərir.

 

Alimlər vurğulayırlar ki, qədim Çin mətnlərində müxtəlif dərman vasitələri və onların tərkibi barədə geniş məlumat verilsə də, həmin maddələrin fiziki izləri nadir hallarda günümüzədək qorunub saxlanılır.

 

Müasir texnologiyalar isə artıq mikroskopik qalıqları belə analiz etməyə imkan verir. Tədqiqatda qabaqcıl optik üsuldan istifadə olunub. Bu texnologiya materialların tərkibini və komponentlərin paylanmasını yüksək dəqiqliklə müəyyən etməyə imkan yaradır.

 

Hazırda Tsyanyin muzeyində saxlanılan qayçı və pinsetlər analiz üçün xüsusilə uyğun hesab olunub. Belə ki, alətlərin çətin təmizlənən dar hissələrində qədim maddələrin qalıqları uzun müddət qorunub qala bilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır